Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - FOTO

0
Sosial 11-дек, 22:28 admin 61 0
2020-ci ilin yanvar-noyabr ayları ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard 46,3 milyon manatlıq məhsul satılıb.
Xeber365.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövr ərzində 18 milyard 851,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16 milyard 194,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6 faiz azalıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artıb. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.
2020-ci ilin yanvar-noyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23,2 faizi ticarət müəssisələri, 53,4 faizi fərdi sahibkarlar tərəfindən, 23,4 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,7 faiz, fərdi sahibkarlar üzrə 4,3 faiz artıb, bazar və yarmarkalarda isə 18,5 faiz azalıb.
2020-ci ilin yanvar-noyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 319,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 3,3 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 171,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq malları alıb.
Oxşar xəbərlər


Sosial Şəbəkələr

InvestAZ
Təqvim
«    Май 2021    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Saytımızı dəyərləndirin