Azərbaycan dünyanın 107 ölkəsinə 11 milyard dollarlıq məhsul satıb

0
İqtisadiyyat 11-дек, 21:52 admin 48 0
2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Xeber365.az -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövr ərzində 107 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.
2020-ci ilin 10 ayında ölkənin xarici ticarət dövriyyəsi 19 milyard 894,2 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 11 milyard 126,8 milyon dollarını və ya 55,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 8 milyard 767,4 milyon dollarını və ya 44,1 faizini isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 2 milyard 359,4 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 27,5 faiz, real ifadədə 21,7 faiz, o cümlədən idxal 37,6 faiz, ixrac isə 10,4 faiz azalıb.
2020-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,2 faiz, real ifadədə isə 17,7 faiz azalaraq 1 milyard 444,4 milyon dollar təşkil edib.     
Oxşar xəbərlər


Sosial Şəbəkələr

InvestAZ
Təqvim
«    Май 2021    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Saytımızı dəyərləndirin