Biznesdə optimizm qərəzi və sevgi qərəzi

Menecment 15-ноя, 19:42 admin 75 0
Optimizm bəzən bizə mane olur biznesimizin reallıqlarını qəbul etməyə.

Sevgi qərəzi isə daha təhlükəlidir. Sevgi biznesdə də “gözü kor edir”. Biznesimizi çox sevdiyimizdən bəzən mənfilərimizi görməzdən gələ bilirik. Bəzən uçuruma getdiyimizi belə qəbul etmək istəmirik. Və ya problemləri görürük, görməzdən gəlirik, qəbul etmirik.

Bəzi hallarda isə həqiqətə, reallığa qarşı gedirik. Tutaq ki, 2 brendimiz var. Birini özümüzə daha doğma bilirik, daha çox sevirik. Digər brend daha yaxşı gələcək vəd etsə də, ona az vaxt ayırırıq. Sevimli brendimizə daha çox (haqq etdiyindən daha çox) resurs (vaxt, pul və s.) həsr edirik. Bununla da öz biznesimizə ziyan vurmuş oluruq.

Yadımdadır, Azgranata şirkətində bizdə sevgi qərəzi var idi. Vita1000 brendi o vaxt üçün kateqoriya lideri olsa da, +more brendindən çox güclü olsa da, balansı pozmağa meylli idik. Az qala +more brendinə Vita1000 qədər diqqət ayırmağa meylli idik. Sevgi qərəzi idi bu meyli yaradan.

+more brendinin gələcəyi haqda daha optimist idik. Həmin optimizm qərəzi də bizim davranışlarımıza, qərarlarımıza təsir edirdi.

Biznesdə optimizm qərəzinin, sevgi qərəzinin fərqində olmaq lazımdır. Əks halda reallıqla üz-üzə qalanda gec ola bilər.
Oxşar xəbərlər


Sosial Şəbəkələr

InvestAZ
Təqvim
«    Май 2021    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Saytımızı dəyərləndirin