“Müştəri həmişə haqlıdır”-ı kim deyib?

Marketinq 31-авг, 15:27 admin 29 0



Hər birimiz “Müştəri həmişə haqlıdır” ifadəsi ilə yaxşı tanışıq. Bu ifadənin müəllifi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaşamış amerikalı milyoner Marşall Fild olmuşdur.

Marşall Fild Massaçusets ştatında fermer ailəsində dünyaya gəlmişdi. Onun 17 yaşı olduqda mağazada işləməyə başlasa da, artıq 28 yaşı olduqda Çikaqoda mağazalar şəbəkəsinin sahibi idi.

Marşall ilk əvvəldən öz mağazalarında öz müştəriləri üçün alıcının maraqlarını əks etdirən siyasət yaratmışdı. Məhz bu müştəri siyasəti onun mağazalarını bütün digər mağazalardan fərqləndirirdi. Fildin müştəriləri aldıqları məhsulları hər hansı bir səbəb izah etmədən geri qaytara bilərdilər. Satıcıların isə müştərinin marağında olmadığı məhsulu ona “sırımaq” cəhdləri qadağan edilmişdi. Məhz “müştəri həmişə haqlıdır” və “Xanına nə istəyirsə məhz onu təqdim et” ifadələri Fildə məxsusdur.

Marşal Fild 1906-cı ildə Nyu-Yorkda özünün 71-ci Yeni ilini qarşılayarkən dünyasını dəyişmişdir.
Oxşar xəbərlər


Sosial Şəbəkələr

InvestAZ
Təqvim
«    Май 2021    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Saytımızı dəyərləndirin